RU

12 kəndi birləşdirən yol bərbad vəziyyətdəVİDEO

Astara 13 min nəfərdən artıq əhalinin istifadə etdiyi 4,5 kilometrlik yol bərbad vəziyyətdədir.

Xezerxeber.az xəbər verir ki, görüntülər 12 kəndi dənizkənarı yaşayış məntəqələri ilə birləşdirən Maşxan-Kələdəhnə yolundandır.

Sakinlərin sözlərinə görə, bu yol 2001-ci ilə kimi işlək vəziyyətdə olub. Sonradan baxımsızlıq ucbatından sıradan çıxıb. İndi kəndlərə gediş-gəliş üçün mütləq 25 km əlavə yol qət olunmalıdır. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət edilsə də, heç bir nəticəsi olmayıb.

Bir çox hallarda Astaraya gələn turistlər naviqasiyadan istifadə etdikləri üçün həmin sistem də bu yolu göstərir. Sakinlərin sözlərinə görə, dəfələrlə həmin naviqasiya sisteminə baxaraq bu yola girən maşınlar kanallara, su çuxurlarına düşüb. Ağır texnikalar vasitəsilə də həmin nəqliyyat vasitələri ordan çıxarılıb.

Problemlə bağlı kənd ərazi icra nümayəndəliyindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin yolun təmirinin növbəti ilin planına daxil edilməsi üçün məsələyə baxılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
19
xezerxeber.az

1Источники