RU

Trampdan Estoniyanın hava məkanının pozulmasına reaksiya: Bu, xoşumuza gəlmir

BAKI, 21 sentyabr, TELEQRAF

ABŞ prezidenti Donald Tramp Rusiyanın "MiQ-31" qırıcılarının Estoniya hava məkanını pozmasına münasibət bildirib.

Teleqraf xəbər verir ki, Tramp hadisədən məlumatlı olub-olmadığına dair suala belə cavab verib: “Bəli, xoşumuza gəlmir”.

Estoniya hakimiyyətinin iddiasına görə, sentyabrın 19-da səhər saatlarında Rusiyanın üç "MiQ-31" qırıcısı ölkənin hava məkanına daxil olub.

Rusiya Müdafiə Nazirliyi iddianı təkzib edib.

Избранный
14
1
teleqraf.com

2Источники