“EVA Air” aviaşirkətinə məxsus və Banqkok-London marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.
Bu barədə Editor.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat verilib.
Bildirilib ki, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub:
“Boeing 777 tipli təyyarə yerli vaxtla saat 17:44-da Bakı hava limanına uğurla eniş edib. Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir”.