RU

Formula 1 pilotu: Bakı mərhələsi hər zaman sürprizlə bitir  

Bakı mərhələsi hər zaman sürprizlə bitir.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Reysinq Bullz" komandasında çıxış edən Liam Louson Formula 1 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışından öncə deyib.

Ötən gün keçirilmiş sıralama mərhələsində üçüncü yeri tutan sürücünün sözlərinə görə, Bakıda heç vaxt nəticəni əvvəlcədən proqnozlaşdırmaq olmur: “Yarışın taleyi bir anda dəyişə bilir. Komandamız bu həftəsonuna ciddi hazırlaşıb və əlimizdən gələni edəcəyik. Sözsüz ki, həyəcan var. Hədəf podium uğrunda mübarizə aparmaqdır, amma Bakıda hər şey mümkündür. Ona görə diqqətimizi maksimum dərəcədə toplamalı və hər fürsətdən düzgün istifadə etməliyik”.

Избранный
45
3
azerbaijan-news.az

7Источники