İtaliya A Seriyasının 4-cü turunda paytaxt derbisi baş tutub.
Offsideplus.az xəbər verir ki, "Latsio" "Olimpiko"da "Roma"nı qəbul edib.
Görüşdə yeganə qolu "canavarlar"ın kapitanı Lorentso Pelleqrini vurub.
"Roma" bu qələbə ilə xalını 9-a yüksəldib. "Latsio" isə 3 xalda qalıb.
Qeyd edək ki, "canavarlar"ın yeni baş məşqçisi Can-Pyero Qasperini ilk derbi qalibiyyətini əldə edib.