RU

“Mersedes”in pilotu: Bakıdakı yarışda çıxışımdan razı qaldım

Bakı, 21 sentyabr, AZƏRTAC

Hər fürsətdə irəliləmək üçün çalışdım. Bəzi məqamlarda riskə gedə bilərdim, amma düzgün qərar verib, mövqeyimi qorumağa üstünlük verdim.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışında ikinci olan “Mersedes”komandasının üzvü Corc Rassell deyib.

O, bu nəticənin dünya çempionatında xal qazanmaq baxımından çox əhəmiyyətli olduğunu deyib: “Hədəf həmişə birinci yerdir, amma bugünkü çıxışımdan razı qaldım. Növbəti yarışda qələbə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Избранный
9
3
azertag.az

4Источники