RU

İsmayıllıda dağda köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonu, Talıstan kəndi ərazisində yerləşən dağlıq, meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 3 nəfərin xilas olunması üçün müraciət daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.
Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaşlar dağdan düşürülüb və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil veriliblər.
Избранный
8
23
oxu.az

10Источники