RU

Azərbaycan Qran-prisində həlledici mərhələ: Mövsümünün 17-ci startı

“Formula-1” üzrə Azərbaycan Qran-prisi bu gün əsas səhnəyə – Bakı şəhər trasına çıxır.

İdman.biz xəbər verir ki, 2025 mövsümünün 17-ci mərhələsi olan yarışın startı gərgin mübarizə vəd edir.

Qalifikasiyada poul mövqeyini Maks Ferstappen qazanıb. Çempionatın lideri Oskar Piastri isə qəza səbəbindən əsas yarışı yalnız 9-cu yerdən başlayacaq. Onun “Maklaren”dəki komanda yoldaşı Lando Norris isə 7-ci sıradan start götürəcək.

Hava proqnozu hələ də qeyri-müəyyənlik yaradır: buludlu hava, yağış ehtimalı və güclü külək pilotlara çətinlik yarada bilər.

“Red Bull” və Ferstappen üstün start mövqeyini qələbəyə çevirməyə çalışacaq, “Maklaren” isə uğursuz təsnifat mərhələsindən sonra vəziyyəti düzəltmək üçün mübarizə aparacaq. Azarkeşləri sürprizlərlə dolu, dramatik sonluqla bitə biləcək maraqlı yarış gözləyir.

Xatırladaq ki, ötən il Azərbaycan Qran-prisinin qalibi Oskar Piastri olub. Bu dəfə avstraliyalı sürücünün həmin uğuru təkrarlaması çətin görünür. Əvəzində, Maks Ferstappen keçmiş komanda yoldaşı Serxio Peresin nailiyyətini təkrarlayaraq Bakıda ikinci dəfə qələbə qazana bilər.

Mənbə: İdman.biz

Избранный
7
1
idman.biz

2Источники