RU

Furkanoğlu Dəmiryumruk Standı Teknofestdə

Furkanoğlu Dəmiryumruk Standı və Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev Teknofest çərçivəsində TEKNOFEST İdarə Heyətinin sədri Selçuk Bayraktar ilə görüşüb.

Publika.az xəbər verir ki, Selçuk Bayraktar, Furkanoğlu Dəmiryumruk Standının fəaliyyətlərini izlədiyini və yüksək dəyərləndirdiyini bildirib.

Araz Musayev qeyd edib ki, Türkiyənin üç böyük şəhərində keçirilən Teknofest festivalının sonuncusu 17–21 sentyabr tarixlərində İstanbul Atatürk Hava Limanında baş tutub və ənənəyə sadiq qalaraq Furkanoğlu Dəmiryumruk Standı burada da öz yerini alıb.

O, “Baykar” şirkətinə Azərbaycanın II Qarabağ müharibəsində “Bayraktar TB2” pilotsuz uçuş aparatları ilə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib və “iki dövlət, bir millət” şüarı ilə Teknofestə dəstək olmağın borc olduğunu vurğulayıb.

Bu il dəstəklənən layihələr arasında xüsusilə diqqət çəkənlər:
1 İnsansız sualtı aparatı
2 3D printer və süni intellekt texnologiyaları
3 Atlas C1 pilotsuz silahlı hava vasitəsi – yüksək hündürlüklərə qalxaraq koordinat üzrə hədəfi məhv edə bilən, tamamilə avtonom şəkildə havaya qalxıb enən innovativ layihə.

Избранный
86
publika.az

1Источники