Aktyor Fərda Xudaverdiyevə ağır itki üz verib.
NOCOMMENT.az axşam.az-a istinadən xəbər verir ki, onun anası Zeynəb xanım vəfat edib. Bu barədə Fərda sosial şəbəkədə paylaşım edib:
“Mənim ilk və tükənməz sevgim, anam. Nur içində yat”.
Qeyd edək ki, ötən il əməliyyat olunan mərhumun bir böyrəyi götürülmüşdü.