Yenisabah saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycan ərazisində sentyabrın 22-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Sezar pizza
Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17°, gündüz 17-21°, dağlarda gecə 0-4°, gündüz 4-9° isti olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.