RU

Formula 2: Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşib

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə əsas yarış başa çatıb.

Day.Az xəbər verir ki, "Dams Lucas Oil" komandasının amerikalı pilotu Cek Krouford yarışın qalibi olub.

"AIX Racing"in üzvü paraqvaylı Yoşua Dürksen ikinci, "Hitech TGR"dən isveçli Dino Beqanoviç üçüncü sırada qərarlaşıb.

Xatırladaq ki, sıralama turunda "Dams Lucas Oil" komandasının amerikalı pilotu Cek Krouford birinci, "İnvicta Racing"in üzvü italiyalı Leonardo Fornaroli ikinci, "Prema Racing"dən italiyalı Qabriele Mini üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.

Избранный
14
6
day.az

10Источники