RU

Ərdoğan Vaşinqtonda Trampla görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də ABŞ prezidenti Donald Trampla görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə o, ABŞ-yə getməzdən əvvəl Atatürk Hava Limanında keçirdiyi mətbuat kofransında deyib.

Ərdoğan bildirib ki, səfərin ilk günü, sentyabrın 23-də BMT Baş Assambleyasında çıxış edəcək.

O, çıxışında xüsusilə Qəzza məsələsini gündəmə gətirəcək və Türkiyənin beynəlxalq sülhə verdiyi töhfələrdən danışacaq.

Ərdoğan həmçinin 25 sentyabrda Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşəcəyini, regional məsələlərin gündəmin birinci sırasında olacağını bildirib. O, bölgədə sülhün qorunması, qarşıdurmaların və gərginliyin azaldılmasında liderlərin məsuliyyətini vurğulayıb.
Избранный
11
1
sherg.az

2Источники