RU

Dənizdə dalğanın hündürlüyü 4,2 metrə çatıb

Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 21-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Hafta.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 91, Şamaxıda 55, Qobustanda 34, Lənkəran və Şəkidə 26, Qəbələdə 24, Şahdağ və İsmayıllıda 23, Daşkəsəndə 19, Qrız, Ağstafa, Qaxda (Sarıbaş) 18, Altıağacda 16, Oğuz və Xaltanda 15, Qusarda (Laza) 14, Xınalıqda 13, Qubada 8, Bakıda və Abşeron yarımadasında, eləcə də Göygöl, Gəncə, Naftalan, Xaçmaz, Tərtər, Göyçay, Zaqatala, Mingəçevir, Beylaqan, Sabirabad, Neftçala, Biləsuvar, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Lerik, Şabran, Tovuz, Balakən, Gədəbəy, Şahbuz, Şirvan, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 7 mm-dək qeydə alınır.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 25, Naftalan və Altıağacda 22, Mingəçevir və Gəncədə 20, Culfa, Sabirabadda 17, Şabranda 16 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 4,2 metrdir.

Sentyabrın 20-si Qəbələ rayonunun Kiçik Əmili kəndinə saat 20:08-20:15 radələrində diametri 8-10 mm, İsmayıllı rayonuna isə saat 21:30-21:35 radələrində diametri 2-3 mm olan dolu düşüb.

Qrız, Lerik, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Избранный
17
34
hafta.az

10Источники