RU

Ərdoğan Trampla keçirəcəyi görüşdən danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-li həmkarı Donald Tramp arasında sentyabrın 25-də Vaşinqtonda görüş keçiriləcək.

Operativ Media xəbər verir ki, Türkiyə lideri bu barədə ABŞ-yə yola düşmədən öncə Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında danışıb.

O qeyd edib ki, Trampla görüşündə regional məsələlər ön planda olacaq.

"Bölgəmizdə münaqişə və gərginliyin azaldılmasında biz liderlərə böyük məsuliyyət düşür", - Ərdoğan bildirib.

O, həmçinin Nyu-Yorkda da bir sıra dövlət və hökumət başçıları və iş adamları ilə görüşlər keçirəcəyini vurğulayıb.

Избранный
13
8
operativmedia.az

9Источники