RU

İlham Əliyev Malta Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Malta Prezidenti xanım Miriam Spiteri Debonoya təbrik məktubu ünvanlayıb.

Operativ Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Malta arasında dostluq münasibətlərinin inkişafı, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim
əmin-amanlıq və rifah arzulayıram".

Избранный
14
49
operativmedia.az

10Источники