TBİLİSİ, 21 sentyabr. TELEQRAF
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ABŞ-yə səfərə yollanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyasından bildirilib.
M.Kavelaşvili sentyabrın 26-dək davam edəcək səfər çərçivəsində BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 80-ci sessiyasında çıxış edəcək. Onun yüksək səviyyəli görüşləri planlaşdırılıb.
Gürcüstan Prezidenti BMT-nin Baş katibi Antonio Quterreşlə də görüş keçirəcək.