RU

ISW: Kreml Ukraynada qələbənin qaçılmaz olduğunu göstərmək istəyir

BAKI, 21 sentyabr. TELEQRAF

Vladimir Putinin "Bloomberg"in məlumat sızması ilə bağlı xəbərlərini özü təşkil etməsi və ya buna razılıq verməsi mümkündür. Söhbət Ukraynanın energetika və kritik infrastrukturuna qarşı hücumların gücləndirilməsindən gedir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Ekspertlərin fikrincə, Qərb indiyə qədər Moskvanın yanaşmasını dəyişməyə məcbur edə bilməyib.

ISW vurğulayır ki, Kreml informasiya məkanını tam nəzarətdə saxlayır və təsadüfi sızmalara yol vermir. Bu səbəbdən məlumatın yayılması Putinin şüurlu qərarı ola bilər. Məqsəd isə:

Ukraynada qış ərəfəsində cəmiyyətdə qorxu yaratmaq,

Rusiyanın qələbəsinin “qaçılmaz” olduğu narrativini gücləndirmək,

ABŞ və Aİ arasında fikir ayrılıqlarından istifadə etməkdir.

Bununla yanaşı, analitiklər bildirirlər ki, Kremlin daxili mənbələri Rusiya ordusunun sistemli problemlərini və onun Kremlin strateji hədəflərinə çatmaqda uğursuzluğunu gizlətməyə çalışır.

“Rusiyanın Ukraynada hərbi qələbəsi qaçılmaz deyil. Ukrayna, ABŞ və Avropa tərəfdaşları müharibənin nəticəsinə təsir göstərmək imkanını saxlayır”, – məlumatda qeyd olunub.

Избранный
14
teleqraf.com

1Источники