RU

"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq.

Əsas yarış saat 15:00-da start götürəcək.

Ötən gün sıralama turunda "Red Bull" pilotu Maks Ferstappen birinci olub. "Uilyams"dan Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yeri tutub. "Mercedes"dən Andre Kimi Antonelli dördüncü, onun komanda yoldaşı Corc Rassell beşinci pillədə qərarlaşıb.

Bu gün "Formula 2"də də mübarizəyə yekun vurulacaq. İkinci dərəcəli pilotların əsas yarışı saat 11:00-da başlayacaq. Burada sıralama turunda ən yaxşı nəticəni "Dams Lukas Oil"dən Cek Krouford göstərib.

Избранный
11
15
anews.az

10Источники