Bakının Sabunçu rayonunda yanğın baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Əliyar Əliyev küçəsində, "London taksiləri"nin təmir qarajında qeydə alınıb.
İlkin məlumata görə, yanğın obyektin anbarında baş verib.
Yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in xüsusi təyinatlı texnikası və şəxsi heyəti cəlb olunub.
Son məlumata görə, "London taksiləri"nin təmir qarajında baş verən yanğın söndürülüb.