Rusiyanın Novosibirsk vilayətinin Tatarsk şəhərində 1937-ci ildə tikilmiş məktəb binasının bir hissəsi uçub.
Musavat.com "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə yerli vaxtla saat 10:40-da baş verib. Uçqun zamanı binada heç kim olmayıb, ilkin məlumata görə, xəsarət alan yoxdur. Hazırda əraziyə təcili xidmət əməkdaşları cəlb olunub.
Qeyd edək ki, bir müddət əvvəl Vladivostok şəhərində də məktəbdə oxşar hadisə baş verib. Bufetin girişində tavanın gips qatı uçaraq birinci mərtəbəyə düşüb, nəticədə bir şagird xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Musavat.com