AZ

Novosibirsk vilayətində məktəbin binası çökdü

Rusiyanın Novosibirsk vilayətinin Tatarisk şəhərində yerləşən 5 nömrəli məktəbin binasında faciəvi hadisə baş verib. 1937-ci ildə inşa olunmuş köhnə təhsil ocağının bir qanadı tamamilə çöküb. Nəticədə divar, dam örtüyü və ikinci mərtəbə uçub.

Musavat.com xəbər verir ki, xoşbəxtlikdən hadisə zamanı məktəbdə dərs olmayıb. Çünki qəza bazar günü baş verib və binada yalnız mühafizəçi olub. O da vaxtında binadan çıxaraq xilas ola bilib.

Maraqlı məqam odur ki, cəmi bir neçə gün əvvəl məktəbdə “xoşbəxtlik festivalı” keçirilmiş, yaxın günlərdə isə şagirdlərin “Xüsusi Hərbi Əməliyyatın qəhrəmanı” ilə görüşü planlaşdırılmışdı. Lakin köhnə və qəza vəziyyətində olan məktəbin təmiri üçün tədbir görülməyib. Rəsmilər məktəbi “tədris ilinə tam hazır” elan etsələr də, nəticə göz önündədir.

Hadisə ictimaiyyətdə ciddi narazılıq doğurub: piar tədbirlərinə vaxt və vəsait tapan yerli rəhbərlik, uşaqların təhlükəsizliyi məsələsində biganə davranmaqda ittiham olunur.

Musavat.com

 

Seçilən
0
3
musavat.com

10Mənbələr