RU

Britaniya Fələstin dövlətini rəsmən tanıdığını elan edəcək

Böyük Britaniya bu gün Fələstinin dövlətçiliyini rəsmən tanıyacaq.

Musavat.com xəbər verir ki, məlumatı BBC və Sky News yayıb.

Bununla bağlı baş nazir Kir Starmerin açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, rəsmi London iyulun 29-da İsrail Qəzza zolağına humanitar yardım göstərməsinə mane olmağa davam edərsə və anklavda hərbi əməliyyatı dayandırmazsa, BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasına qədər Fələstin dövlətini tanıyacağı barədə xəbərdarlıq edib. Qəzzada artan hərbi münaqişə fonunda Böyük Britaniya Xarici İşlər Nazirliyi sentyabr ayında Fələstini tanımaq öhdəliyini təsdiqləyib.

The Times-ın yazdığına görə, Starmer, ABŞ-ın məsələ ilə bağlı Britaniyanın mövqeyini dəstəkləmədiyini nəzərə alaraq, prezident Donald Trampın Böyük Britaniyaya səfərini pozmamaq üçün Fələstinin tanınması ilə bağlı rəsmi açıqlamanı bu həftənin sonuna qədər təxirə salıb. Amerika prezidenti sentyabrın 16-18-də müasir tarixdə görünməmiş ikinci dövlət səfəri ilə Böyük Britaniyada olub.

Qeyd edək ki, Fransa və Kanada da Fələstin dövlətini BMT Baş Assambleyası ərəfəsində tanıyacaq.

Musavat.com

 

Избранный
18
musavat.com

1Источники