RU

Ronaldo dubla imza ataraq Əl Nəsr ə Ər Riyad ı darmadağın etməkdə kömək edib

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Səudiyyə Ərəbistanı Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən oyunda “Əl-Nəsr” “Ər-Riyad”ı 5:1 hesabı ilə məğlub edib.

İdman.biz-in məlumatına görə, qarşılaşma Ər-Riyaddakı "Əl-Əvvəl Park" stadionunda baş tutub.

Meydan sahiblərinin heyətində Kriştiano Ronaldo və Joao Feliks hərəyə iki dəfə, Kinqsli Koman isə bir dəfə fərqlənib. Qonaqların yeganə qoluna Mamadu Silla imza atıb.

Bu qələbə ilə “Əl-Nəsr” 9 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. "Ər-Riyad" 3 xalla 13-cü yerdədir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
icma.az

2Источники