RU

Tramp: Əfqanıstan Baqram aviabazasını ABŞ a qaytarmasa, pis şeylər baş verəcək

ain.az, Azertag portalına istinadən məlumat verir.

Vaşinqton, 21 sentyabr, AZƏRTAC

Əgər Əfqanıstan Baqram aviabazasını onu tikənlərə, yəni Amerika Birləşmiş Ştatlarına qaytarmasa, pis şeylər baş verəcək. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Birləşmiş Krallığa səfəri zamanı keçirdiyi mətbuat konfransında Tramp ABŞ-ın Baqram aviabazasını qaytarmaq və Əfqanıstanda mövcudluğunu bərpa etmək niyyətini açıqlamışdı.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
3
azertag.az

5Источники