Fransa prezidenti Emmanuel Makron Fələstin prezidenti Mahmud Abbasa telefon danışığı zamanı bildirib ki, o, sentyabrın 22-də Fələstin dövlətini tanımaq niyyətindədir.
Makron X sosial media platformasında yayımlanan ivrit və ərəb dillərindəki açıqlamasında Abbasla telefonla danışdığını bildirib.
Fransa prezidenti qeyd edib ki, Fələstin ərazilərində, o cümlədən Qəzzada son dərəcə təcili vəziyyəti nəzərə alaraq, o, sentyabrın 22-də ABŞ-ın Nyu-York ştatında Fələstin dövlətini tanımaq niyyətində olduğunu M.Abbasa bildirib.
TAHİR