RU

Tramp “Qızıl kart”la bağlı sərəncam imzaladı


ABŞ Prezidenti Donald Tramp ABŞ-də daimi yaşamaq hüququ əldə etmək istəyən xarici vətəndaşlar üçün “Qızıl Kart” proqramının yaradılması barədə sərəncam imzalayıb.
Yeniavaz.com
“Politico” qəzetinə istinadla xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat dərc edilib.
Məlumata görə, kart fiziki şəxslər üçün 1 milyon dollara, hüquqi şəxslər üçün isə 2 milyon dollara təqdim ediləcək.
“Qızıl kart” onun sahiblərinə sürətləndirilimiş şəkildə ABŞ-də daimi yaşayış icazəsi almağa imkan verəcək.
Həmçinin, proqram çərçivəsində “Platinum kart" da təqdim ediləcək. Bu kartın qiyməti 5 milyon dollar olacaq və sahiblərinə ABŞ-dən kənarda əldə edilən gəlirlərdən vergi tutulmadan ildə 270 günə qədər ABŞ-də qalmaq imkanı verəcək.
ABŞ-nin ticarət naziri Hovard Lutnikin sözlərinə görə, “Yaşıl kart”a bənzəyən “Qızıl kart”dan 80 min ədəd buraxılacaq.
Избранный
9
3
yeniavaz.com

4Источники