RU

KİV: Tramp Suriya Prezidenti və Ukrayna lideri ilə görüşməyi planlaşdırır

Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ağ Ev ABŞ prezidenti Donald Trampın Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa və Ukrayna lideri Volodimir Zelenski ilə ikitərəfli danışıqlar keçirməsini planlaşdırır.

Bu barədə "Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Tramp ikinci prezidentlik müddətində ilk dəfə BMT-nin baş katibi Antonio Quterreşlə də görüşə bilər. Mümkün görüşlərin tarixləri hələ açıqlanmayıb.

Sentyabrın 16-da ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Tramp Zelenski ilə gələn həftə BMT Baş Assambleyasının (GA) 80-ci sessiyasının yüksək səviyyəli həftəsinin keçiriləcəyi Nyu-Yorkda görüşə bilər.

/report

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
47
3
azxeber.com

10Источники