RU

Honq-Konqda İkinci Dünya Müharibəsindən qalan bomba tapılıb

Bakı. Trend:

Honq-Konqda minlərlə insan bir gecə ərzində evlərindən təxliyəolunub. Buna səbəb tikinti sahəsində aşkar edilən İkinci DünyaMüharibəsindən qalma böyük bombanın zərərsizləşdirilməsi olub.

Trend xəbər verirki, bu barədə Associated Press məlumat yayıb.

Polis bombanın ABŞ istehsalı olduğunu, 1,5 metr uzunluğa vətəxminən 450 kiloqram çəkiyə malik olduğunu açıqlayıb.

Partlayıcı Honq-Konq adasının qərb hissəsində yerləşən, yaşayışvə biznes obyektlərinin sıx olduğu Kuorri-Bey bölgəsində inşaatişçiləri tərəfindən aşkar edilib.

Polis sözçüsü Endi Çan Tin Çu bildirib: “Biz bu əşyanın İkinciDünya Müharibəsindən qalma bomba olduğunu təsdiqlədik”.

Onun sözlərinə görə, utilizasiya ilə bağlı yüksək risklərsəbəbindən 1900 evdən ümumilikdə 6000 nəfər təcili şəkildəevakuasiya olunub.

Избранный
22
az.trend.az

1Источники