RU

Xankəndidə şəhər günü ilə bağlı atəşfəşanlıq olub - FOTO

BAKI, 20 sentyabr. TELEQRAF

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə atəşfəşanlıq olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, Zəfər meydanında şəhər gününə həsr olunmuş konsertin ardından şəhərin səması rəngarəng işıqlara bürünüb.

Atəşfəşanlıq Xankəndi sakinləri tərəfindən böyük sevinclə qarşılanıb, hər kəsdə xoş ovqat yaranıb.

Избранный
26
5
teleqraf.com

6Источники