AzVision.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Netanyahu Misirin Sinay yarımadasında hərbi qüvvələrini gücləndirməsi ilə 1979-cu il sülh müqaviləsini pozduğunu iddia edib.
Məlumata görə, İsrail Baş naziri bildirib ki, Misir izah vermədən yarımadada hava bazalarını genişləndirib, yeraltı qurğular tikib, Qəzza yaxınlığında əsgər sayını artırıb.
Qeyd edilib ki, Misirin Sinayda hərbi qüvvələrini gücləndirməkdə məqsədi İsrailin Qəzzanın əhalisini məcburi yarımadaya yönəldəcəyi ehtimalından irəli gəlir. İsrail isə buna görə Misiri qaçqınların qarşısını almaqda ittiham edir.
Birbaşa danışıqlar uğursuz olduqdan sonra İsrail ABŞ-dan kömək istəyib, lakin Misir hər hansı pozuntu iddialarını rədd edir.
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта