AZ

KİV: Netanyahu ABŞ dan Misirə təzyiq göstərməsini istəyib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-dan xahiş edib ki, Sinayda hərbi qüvvələrini gücləndirən Misirə təzyiq göstərsin.

APA xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Netanyanu Misirin Sinay yarımadasında hərbi qüvvələrini gücləndirməsi ilə 1979-cu il sülh müqaviləsini pozduğunu iddia edib.

Məlumata görə, İsrail Baş naziri bildirib ki, Misir izah vermədən yarımadada hava bazalarını genişləndirib, yeraltı qurğular tikib, Qəzza yaxınlığında əsgər sayını artırıb.

Qeyd edilib ki, Misirin Siyanda hərbi qüvvələrini gücləndirməkdə məqsədi İsrailin Qəzzanın əhalisini məcburi yarımadaya yönəldəcəyi ehtimalından irəli gəlir. İsrail isə buna görə Misiri qaçqınların qarşısını almaqda ittiham edir.

Birbaşa danışıqlar uğursuz olduqdan sonra İsrail ABŞ-dan kömək istəyib, lakin Misir hər hansı pozuntu iddialarını rədd edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
9
apa.az

10Mənbələr