RU

Bəşəriyyətin 90 faizi məhv ola bilər: ekspertdən YENİ FƏLAKƏT xəbərdarlığı

ain.az, Lent az portalına istinadən məlumat verir.

Kosmik hava proqnozları üzrə mütəxəssis və “Space Weather News”un qurucusu Ben Devidson qəzəbli bəyanatla çıxış edərək bildirib ki, Yer planeti bəşəriyyətin 90 faizinə qədərini məhv edə biləcək fəlakətli geomaqnit kataklizmin astanasında ola bilər. Onun sözlərinə görə, Günəşin səbəb ola biləcəyi “mikronova” adlanan partlayış nəticəsində maqnit qütblərinin sürətli yerdəyişməsi baş verə və bu, sunami, iqlim xaosu, eləcə də kütləvi məhvolma ilə nəticələnə bilər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Devidson bildirib ki, onun Günəşin “mikronova” nəzəriyyəsi əsas elmi dairələrdə dəstək tapmasa da, o, bu nəzəriyyənin əsasını təşkil edən geomaqnit dövrünün “inkarolunmaz” elm olduğunu vurğulayır. Ekspertin sözlərinə görə, bu dövr təxminən hər 6 min ildən bir baş verir, daha ciddi hadisələr isə hər 12 min ildən bir təkrarlanır.

Maqnit qalxanının zəifləməsi və qütblərin sürətlənməsi

Yer kürəsini Günəş və kosmik radiasiyadan qoruyan maqnit sahəsi 1800-cü illərdən bəri 15% zəifləyib. Bu isə planeti dağıdıcı Günəş fırtınalarına qarşı həssas hala gətirir. Ben Devidson qeyd edir ki,

Şimal və Cənub maqnit qütbləri bir-birinə doğru hərəkət edərək Benqal körfəzinə istiqamətlənir, əvvəllər aşağı enliklərdə nadir hallarda müşahidə olunan qütb parıltıları isə getdikcə daha çox görünür. Bu da qoruyucu qalxanın zəifləməsinin göstəricisi sayılır.

“Biz indi baş verən hər şeyi gözləyirdik və bu, təsdiqləyir ki, biz təkcə bu hadisəyə yaxınlaşmırıq. O artıq baş verir və bu, ciddi təhdiddir,” – deyə Devidson bildirib.

O iddia edir ki, planet artıq bu fəlakət üçün “gecikir” və bunun nəticəsi insanlığı yeni “Qaranlıq əsrlərə” sürükləyə bilər. Bu hadisənin isə 10-25 il ərzində baş verə biləcəyini söyləyir.

Tarixi hadisələr və müasir nəticələr

Dağıdıcı Günəş hadisəsi elmi fantastika kimi səslənsə də, Yer 1859-cu ildə belə bir fırtına ilə üzləşib. Bu, bütün dünyada teleqraf sistemlərinin fəaliyyətini pozan ən güclü geomaqnit fırtınası kimi tarixə düşən “Carrington hadisəsi” idi. Bu gün eyni miqyaslı Günəş fırtınası enerji şəbəkələrini sıradan çıxarar, su təchizatı sistemlərinin, GPS naviqasiyasının, kənd təsərrüfatının və təcili yardım xidmətlərinin fəaliyyətini iflic edərdi.

“Üç gün ərzində yanacaqdoldurma məntəqələrində benzin olmayacaq. Mağazalarda isə ərzaq qalmayacaq,” – deyə Devidson xəbərdarlıq edib və ABŞ hökumətinin sosial kollaps nəticəsində bir neçə ay ərzində əhalinin 90 faizədək itkiyə məruz qala biləcəyi barədə proqnozlarına istinad edib.

Sahənin zəifləməsinin səbəbləri və “qalxanların sönməsi effekti”

Ekspert maqnit sahəsinin zəifləməsini Yer kürəsinin xarici nüvəsindəki ərimiş dəmir axınlarında baş verən təbii dəyişikliklərlə izah edir. Bu axınlar qeyri-sabitdir, nəticədə sahə zəifləyir və qütblər yerdəyişir. O, bu dəyişikliklərin keçmişdə baş vermiş geomaqnit “ekskursiyaları” əks etdirdiyini bildirib.

“Maqnit sahəsi dəyişir, qütblər hərəkət edir, maqnit sahəsi zəifləyir,” – deyə o vurğulayıb və əlavə edib ki, bu yerdəyişmələr qədim keramika nümunələrində qeydə alınmış müvəqqəti qütb dəyişmələrinə bənzəyir.

Onun sözlərinə görə, “qalxanların sönməsi effekti” qütb parıltılarının sayının artmasında özünü göstərir. Devidson əlavə edib ki, hazırda Günəş aşağı enliklərdə belə parıltı yaratmaq üçün keçmişə nisbətən xeyli az enerji buraxır. Bu isə zərərli radiasiyanın iqlimə və ekosistemlərə daha çox təsir göstərməsinə imkan yaradır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
51
lent.az

1Источники