Ajans.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "Nissan" markalı avtomobillə motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü - 1966-cı il təvəllüdlü Kərəm Həsənov yaralanıb. O dərhal xəstəxanaya çatdırılıb.