Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "Nissan" markalı avtomobillə motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü - 1966-cı il təvəllüdlü Kərəm Həsənov yaralanıb. O dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov