Goranboyda qadın qətlə yetirilib, şübhəli şəxs qismində həyat yoldaşı saxlanılıb.
"Aznews.az" xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.
Kənd sakini, 1989-cu il təvəllüdlü İ.Əliyeva ailə münaqişəsi zəminində bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun əri 1987-ci il təvəllüdlü Maşallah Əliyev saxlanılıb.
Bildirilir ki, iki övlad anası olan qadın uşaqların evdə olduğu zaman evdə bıçaqlanıb.
Faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.