RU

NASA-dan SENSASİON açıqlama - Dünya qaranlığa qərq ola bilər 

Alimlər yaxın illərdə güclü günəş fırtınalarının baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.

Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Onların sözlərinə görə, günəşin onilliklər ərzindəki sakitlikdən sonra “oyanması” müşahidə olunur.

NASA-nın məlumatına əsasən, 2008-ci ildən bəri günəş küləyinin sürəti, sıxlığı, temperaturu və təzyiqi davamlı olaraq artır.

Mütəxəssislər 2025–2026-cı illərdə günəş aktivliyinin pik həddə çatacağını bildirirlər.

Bu isə bir sıra risklər yarada bilər:

Elektrik şəbəkələrinin sıradan çıxması və və elektrik enerjisinin kəsilməsi;
Rabitə, GPS və peyklərdə fasilələr;
Astronavtlar üçün radiasiya riskinin artması;
Şimal işıqlarının (Aurora borealis) adi haldan daha cənubda görünməsi.

Musavat.com

Избранный
14
7
musavat.com

10Источники