RU

Yenidən Ronaldo ilə birgə oynayacaq?

Gələn yay Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu daha bir ulduz futbolçu ilə güclənə bilər.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemironun xidmətində Səudiyyə klubu maraqlıdır. "Əl Nəsr" klubu artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Braziliyalı futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi mövsümün sonunda başa çatır və onun azad agent kimi komandanı tərk etməsi ehtimalı yüksək qiymətləndirilir.

Kriştianu Ronaldu da keçidin reallaşmasında mühüm rol oynayacağı gözlənilir.

Portuqaliyalı hücumçu köhnə komanda yoldaşı Kazemironun ““Əl-Nəsr”ə qoşulmasına şəxsən təsir göstərib.

Xatırladaq ki, Ronaldo 2023-cü ilin əvvəlində Səudiyyə Ərəbistanına yollanıb. O, Kazemiro ilə həm “Real Madrid”də, həm də “Mançester Yunayted”də birgə çıxış edib.

Избранный
27
90deqiqe.az

1Источники