RU

"Avropa Mobillik Həftəsi" çərçivəsində veloyürüş keçirilib (FOTO)

Bakı. Trend:

“Avropa Mobillik Həftəsi” çərçivəsində Azərbaycan YerüstüNəqliyyat Agentliyi, Azərbaycan Velosiped Federasiyası və “APAR”şirkətinin təşkilatçılığı ilə veloyürüş keçirilib.

Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.

Bildirilib ki, məqsəd ekoloji nəqliyyat vasitəsi olanvelosipedin təbliğini aparmaq və ətraf mühitin qorunmasına töhfəverməkdir.

İştirakçılar Parlament və Hüseyn Cavid prospektlərində salınanmikromobillik zolaqlarının imkanlarından yararlanıblar.Başlanğıcını Şəhidlər Xiyabanından götürən veloyürüş Hüseyn Cavidparkında yekunlaşıb. Tədbir iştirakçılararına sertifikatlar təqdimolunub və onlar sentyabrın 21-də təşkil ediləcək “AvtomobilsizGün”ə dəvət olunublar.

Qeyd edək ki, “Avropa Mobillik Həftəsi” Avropa Komissiyasınındayanıqlı şəhər hərəkətliliyi mövzusunda maarifləndirməkampaniyasıdır. AYNA Bakı şəhərində “Avropa Mobillik Həftəsi”nəmüraciət edib və namizədliyi uğurla təsdiqlənib. Bu istiqamətdə16-22 sentyabr tarixlərində davamlı hərəkətliliyə yönələn tədbirlərkeçirilir və “Avtomobilsiz gün” ilə yekunlaşır.

Xatırladaq ki, “Avtomobilsiz gün” 21 sentyabr tarixində MəhəmmədNaxçıvani küçəsində təşkil olunacaq. Burada müxtəlif zonalardaoperatorlar tərəfindən velosiped və skuterlər nümayiş etdiriləcək,əhali üçün test sürüşləri və təlimlər keçiriləcək. “Nəqliyyat vəətraf mühit” mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərininişləri sərgilənəcək. Asfalt üzərində uşaqların rəsm çəkməkbacarıqları yoxlanılacaq. Hər kəs bu tədbirə dəvətlidir.

Məqalədə:
Избранный
10
5
az.trend.az

6Источники