RU

Qazax Dövlət Dram Teatrı yeni mövsümə Pusquda tamaşası ilə başlayıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazax, 20 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Qazax Dövlət Dram Teatrında yeni mövsümə start verilib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, teatr kollektivi mövsümə "Pusquda" tamaşası ilə başlayıb. Ağalıq sistemini özünəməxsus şəkildə tənqid edən səhnə əsəri Qazax və ətraf rayonlardan olan tamaşaçılar tərəfindən maraqla qarşılanıb, aktyorların performansları alqışlarla müşayiət olunub.

Tamaşa türkiyəli yazıçı-dramaturq Cahit Atayın eyniadlı pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru və Azərbaycan dilinə tərcümə edən Əməkdar artist Xəzər Gəncəli, rejissor assistenti Zəmanə Dərviş, quruluşçu rəssamları Səyyat Məmmədov, Aysan Omarova və butafor-rəssamı Samir Həsənovdur.

Rolları aktyorlar Vüsal Hüseynov, Sərdar Rüstəm və Rüfət Ömər oynayıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
azertag.az

1Источники