RU

Qismətin 150 ci oyunu

ain.az, Sportal.az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının V turu “Zirə”nin futbolçusu Qismət Alıyev üçün əlamətdar olub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, o, paytaxt təmsilçisinin heyətində 150-ci çempionat oyununu keçirib. 

Yubileyi “Şamaxı” ilə görüşə (2:1) təsadüf edən Alıyev 150 oyunda 12 qola imza atıb. Qismətin klubdakı debütü 2020/21 mövsümündə baş tutub. O, 2020-ci il oktyabrın 18-də “Sumqayıt”la səfər qarşılaşmasında (1:2) 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Qismət Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 150 oyun keçirən 62-ci futbolçu kimi düşüb.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
37
4
sportal.az

7Источники