RU

Azərbaycan müəyyən hədəflərə çatmaq nöqteyi-nəzərindən bizdən irəlidədir - Ruanda Prezidenti

Azərbaycan müəyyən hədəflərə çatmaq nöqteyi-nəzərindən Ruandadan irəlidədir.

Missiya.Az xəbər verir ki, bu barədə Ruanda Prezidenti Pol Kaqamen Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatı zamanı danışıb.

O qeyd edib ki, Azərbaycan sülh prosesini sürətləndirəcək bir məsələ ilə məşğuldur:

"Mən Sizin ABŞ-da gəldiyiniz razılaşmanı - sülh razılaşmasını gördüm. Nəyə görə mən bu məsələni qabardıram, çünki biz də Ruanda və Konqo Demokratik Respublikası arasında özümüz üçün bir sülh sazişinə nail olmaq istəyirik. Lakin siz müəyyən hədəflərə çatmaq nöqteyi-nəzərindən bizdən irəlidəsiniz".

Ruanda Prezidenti bu münasibətlə Azərbaycan dövlət başçısını təbrik edib.

"Lakin, cənab Prezident, eyni zamanda, Sizə deyirəm ki, biləsiniz, Sizin Afrikada, Ruandada dostlarınız var. Ona görə də biz hər iki ölkənin rifah halının daha da sürətləndirilməsi üçün öz aramızda və ölkələrimiz arasında bu dostluq, əməkdaşlıq imkanlarından istifadə etmək istəyirik",-deyə o əlavə edib.

Избранный
15
3
missiya.az

4Источники