RU

Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başlayıb

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başlayıb.

AZƏRTAC xəbər verir ki, yarışda 10 komanda mübarizə aparır. Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.

Üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəni “McLaren” komandasının pilotu Lando Norris göstərib. Ötən gün keçirilmiş birinci sərbəst yürüşdə L.Norris, ikinci sərbəst yürüşdə isə "Ferrari"də çıxış edən Luis Hemilton birinci olublar.

Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Избранный
60
13
azerbaijan-news.az

10Источники