RU

Qəbələdə test oyunu keçirildi

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qəbələ şəhər stadionunda III MDB Oyunlarına hazırlıq məqsədilə hazırlıq xarakteri daşıyan futbol matçı keçirilib. Sport24.az xəbər verir ki, oyun III MDB Oyunlarının Təşkilat Komitəsi tərəfindən gerçəkləşib.

Hazırlıq görüşündə "Qəbələ"nin aşağı yaş qrupları üzrə komandaları qarşılaşıblar.

III MDB Oyunları öncəsi təşkil edilən test yarışlarında təşkilati məsələlər yoxlanılır, texniki detallar sınaqdan keçirilir və təhlükəsizlik tədbirlərinin təşkili də ətraflı şəkildə yoxlanılır.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.

Qeyd edək ki, III MDB Oyunları çərçivəsində futbol yarışı Qəbələ şəhər stadionunda təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
10
sport24.az

10Источники