Formula 1 daha 4 il Azərbaycanda keçiriləcək.

Offisdeplus.az xəbər verir ki, növbəti il başa çatacaq müqavilə 2030-cu ilə qədər uzadılıb.

Bu barədə F1-in rəsmi saytı məlumat yayıb.

Razılaşmanı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, "Formula-1"in prezidenti Stefano Domenikali və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev imzalayıblar.

Qeyd edək ki, Bakıda Formula 1 yarışları 2016-cı ildən etibarən keçirilir.