RU

Azərbaycan Qran-prisində “Formula 2” sprint yarışının qalibi bəlli olub - YENİLƏNİB

Azərbaycan
Bakı keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi bəlli olub. 1news.az-ın məlumatına görə, "Hıtech TGR"dən Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb.
Onun komanda yoldaşı Luk Brouninq ikinci yeri tutub. "Rodin Motorsport"dan Aleks Dann ilk "3-lüy"ü tamamlayıb. Ötən gün "Formula 2"nin sərbəst yürüşündə Aleks Dann, sıralama turunda isə "Dams Lukas Oil"dən Cek Krouford birinci olub. Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq. **** 14:31 Bakıda Formula 1 Qatar Airways Azərbaycan Qran-prisi 2025-in ikinci günü keçirilir. 1news.az xəbər verir ki, yarış proqramı çərçivəsində Formula 2-nin sprint yürüşünə start verilib. Qeyd edək ki, Formula 2-də sprint – əsas yarışdan əvvəl və ya sonra keçirilən qısa məsafəli yürüşdür. Formula 1-dən fərqli olaraq, F2-də hər yarış həftəsonunda iki yürüş təşkil olunur.

Xatırladaq ki, Bakı artıq doqquzuncu dəfə Formula 1 üzrə Azərbaycan Qran-prisinə ev sahibliyi edir. Formula 1 Qatar Airways Azərbaycan Qran-prisi 2025-in finalı sabah olacaq.

Избранный
43
2
1news.az

3Источники