RU

Paşinyan: Zəngəzur-Tramp yolu həm də Ermənistanın təhlükəsizlik yoludur

“Təhlükəsizlik həm də regionda nəqliyyat əlaqələrinin açılması, blokadanın aradan qaldırılmasıdır. “Beynəlxalq Sülh və Rifah üçün Tramp yolu” layihəsi  Ermənistanın qlobal miqyasda inteqrasiyasına, müxtəlif bölgələrlə, o cümlədən İran, Rusiya, Çin və Mərkəzi Asiya ilə dəmir yolu əlaqələri qurması, dünyanın qovşağına çevrilməsinə   imkan verməsi deməkdir”. 
Ölkə.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Vətəndaş Müqavilə” Partiyasının qurultayındakı çıxışında deyib.

“Yeri gəlmişkən, mən təklif edirəm ki, prezident Trampı Azərbaycanla sülhün bərqərar olması üçün göstərdiyi dəstəyə və səylərinə görə alqışlayaq”, - əlavə edib.

Türkiyə ilə fəal dialoqun aparıldığını qeyd edən Paşinyanın sözlərinə görə, bu, bizə əminlik verir ki, yaxın gələcəkdə Türkiyə, Avropa İttifaqı ilə də quru nəqliyyatı əlaqələrimiz olacaq. 

Mürtəza

Избранный
58
olke.az

1Источники