RU

Formula 2: Beş sürücü mübarizəni dayandırıb

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin çərçivəsində Formula 2 üzrə sprint yarışı 5 sürücü mübarizəni dayandırıb.

“İki sahil” xəbər verir ki, “MP Motorsport” komandasından Oliver Goethe, “Van Amersfoort Racing”dən Rafael Villaqomez, “Campos Racing”dən Xosep Maria Marti, “DAMS Lucas Oil”dən Kuş Maini və “Trident”dən Martinius Stenşorn vaxtından əvvəl yarışı bitiriblər.

Xatırladaq ki, ötən gün təşkil olunan birinci sərbəst yürüşdə “Rodin Motorsport” komandasının irlandiyalı pilotu Aleks Dunne, sıralama turunda isə “DAMS Lucas Oil”dən britaniyalı Cek Krauford birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Избранный
29
1
ikisahil.az

8Источники