Bakının Pirallahı rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən News365.az-a verilən xəbərə görə, ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.