RU

Boatenq karyerasını başa vurdu

style='margin-bottom:10px;'>

Almaniya millisinin, "Bavariya" və "Mançester Siti"nin sabiq futbolçusu Jerom Boatenq karyerasını başa vurub.

QOL.az xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesablarında paylaşım edib.

37 yaşlı müdafiəçi futbolla vidalaşdığını bildirib.

Boatenqin son klubu bu ilin avqustunda tərk etdiyi Avstriya LASK-ı olub.

Boatenq karyerası ərzində Almaniyanın “Hamburq” və “Herta”, İngiltərənin “Mançester Siti”, Fransanın “Lion” və İtaliyanın “Salernitana” klublarında çıxış edib.

Boatenq Almaniya yığmasında 76 dəfə meydana çıxıb və 1 qol vurub. 

Избранный
39
4
teleqraf.com

5Источники